“2021-ci il yanvar ayının 1-dən bu günə kimi taksi fəaliyyəti ilə məşğul olan sürücülər qarşısında qoyulmuş tələbləri pozan yüzdən artıq sürücü aşkarlanaraq məsuliyyətə cəlb edilib”.
Bu barədə “QİA.AZ”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
“Eyni zamanda bu ay ərzində 80-ə yaxın avtobus sürücüsü barədə də inzibati tənbeh tədbirləri görülüb”, – V.Əsədov bildirib.