Vaşinqtonda Azərbaycan icması ilə görüş keçirilib 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Vaşinqtonda ABŞ-dakı Azərbaycan icması ilə görüş keçirib. 

QİA.az-ın məlumatına görə, görüşə paytaxt Vaşinqton və ətraf ştatlardan olan diaspor fəalları qatılıblar. Görüş Azərbaycan və ABŞ-ın Dövlət Himnlərinin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Fuad Muradov komitənin son illər gördüyü genişmiqyaslı layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayındakı çıxışında qarşıya qoyulan vəzifələrə diqqət çəkib. Bildirilib ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-dakı icma hər zaman azərbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirib, informasiya müharibəsində fəal iştirak edib, səmərəli fəaliyyət nəticəsində diasporun nüfuzunun artmasına nail olub. O, dünyanın 17 ölkəsində 28 Azərbaycan Evinin fəaliyyət göstərdiyini bildirib və növbəti Azərbaycan Evinin ABŞ-da açılacağını diqqətə çatdırıb. 

Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev Azərbaycan diasporunun fəaliyyətini və icmanın daha da güclü olması üçün DİDK-lə əməkdaşlığın səmərəliliyini diqqətə çatdırıb.

Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova təşkilatın, eləcə də Koordinasiya Şurasının işi barədə məlumat verib, fəaliyyət dairələrinin daha da genişləndiyindən danışıb.

Oxşar Xəbərlər