Vatikan “Paris-2024”ün açılış mərasimində baş verənlərdən təəssüflənib

“Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimindəki bəzi səhnələr kədər və təəssüf hissi doğurur.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada Olimpiya Oyunlarının açılış mərasiminin bəzi səhnələrində bütün dindarların təhqir edildiyi və bununla bağlı məyusluq ifadə olunduğu bildirilib.

“Müqəddəs Taxt-Tac Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən kədərləndiyini ifadə edir və son günlərdə bir çox xristianın və digər dinlərə inananların təhqir olunmasını pisləyir. Bütün dünyanın ümumi dəyərlər ətrafında birləşdiyi mötəbər tədbirdə bir çox insanın dini inanclarını ələ salan heç bir eyhamlar olmamalıdır”, – deyə məlumatda vurğulanır.

Oxşar Xəbərlər