Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirib.
QİA.az xəbər verir ki, Rusiya Lideri Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib: “Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq”.
Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin əlavə edib: “Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədi. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik”.