Rusiyanın Xəzər dənizi üzrə Yüksək Səviyyəli Beynəlxalq İşçi Qrupdakı nümayəndəsi dəyişib.
QİA.AZ xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.
Prezident Vladimir Putin sərəncamı ilə İqor Bratçikovu nümayəndə vəzifəsindən azad edib. Onun yerinə Mixail Petrakov təyinat alıb.
İşçi qrup 2018-ci ildə Xəzəryanı dövlətlərin başçılarının Qazaxıstanda keçirilən 5-ci zirvə toplantısında təsis edilib. Onun ilk iclası 2019-cu ildə keçirilib.