Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
QİA.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.Bildirilib ki, V.Zelenskiyə sui-qəsd hazırlayan casus şəbəkəsi ifşa edilib.Təfərrüatlar hələ ki açıqlanmayıb.
Məlumata görə, agentlər Ukrayna əks-kəşfiyyat və Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində ifşa edilib. Casusların fəaliyyətinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət etdiyi bildirilib.