“44 günlük Vətən müharibəsi dövründə Pakistanın verdiyi mənəvi dəstəyi Azərbaycan xalqı yüksək qiymətləndirir”.
QİA.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Milli Gününə həsr olunmuş tədbirdəki çıxışında deyib.
Fəxri qonaq qismində çıxış edən Vüqar Mustafayev Pakistan və Azərbaycan arasında münasibətlərin tarixinə toxunub.
O deyib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.
“Pakistan daima Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bu ölkə həmişə Ermənistanın təcavüzünü pisləyib. Pakistan işğalçı Ermənistanı tanımayıb, bu ölkə ilə diplomatik əlaqələr qurmayıb”, – deyə azərbaycanlı nazir vurğulayıb.
Müdafiə sənayesi naziri qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır.
“Əminəm ki, əməkdaşlığımızın güclənməsi xalqlarımızın rifahına xidmət edəcək”, – deyə Vüqar Mustafayev qeyd edib.