WhatsApp yeni özəlliyini elan edib

Mar26,2021 #whatsapp

WhatsApp yeni özəlliyini elan edib

Mesajlaşma proqramı olan WhatsApp yeni özəlliyi ilə gündəmdədir. WhatsApp, platformanın stolüstü versiyası WhatsApp Web-ə gözlənilən özəlliyi gətirməyə hazırlaşır.

QIA.AZ bildirir ki, WhatsApp Web bu günə qədər telefonun internetə bağlı olmadığı anlarda istifadəyə icazə vermirdi. Yeni addımdan sonra Facebook, hər an istifadəni mümkün qılır.

Başqa bir sözlə, yeni özəllik sayəsində WhatsApp Web, telefondakı internet bağlantısı kəsilsə belə, istifadə edilə biləcək.

Sözügedən özəlliyin önümüzdəki aylarda aktiv olması gözlənilir.

QİA.az

Oxşar Xəbərlər