“WhatsApp”a qarşı şikayət verilib

“WhatsApp” mesencerinin Avropa İttifaqının qaydalarını pozması səbəbindən şikayət verilib.

QİA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İstehlakçı Birlikləri Bürosunun (BEUC) mətbuata açıqlamasında bildirilir.

“Bu şikayət daha çox istifadəçiləri “WhatsApp”ın siyasətindəki yenilikləri qəbul etdirməyə yönələn mütəmadi təkrarlanan, yorucu bildirişlərə qarşıdır. Həmin bildirişlərin məzmunu, xarakteri, zamanlaması, təkrarlanması istifadəçilərə ifrat təzyiq göstərərək seçim sərbəstliyini məhdudlaşdırır. Ona görə həmin ismarıclar haqsız ticarətlə bağlı Aİ-nin göstərişini pozur”, – deyə açıqlamada qeyd olunur.

Təşkilat həmçinin yeni qaydaların qeyri-şəffaf, izahat üslubunun da qəliz və anlaşılmayan olduğu da göstərilir.

Oxşar Xəbərlər