Bu gün Azərbaycanın daha 3 cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində mübarizəyə qoşulacaq.
“QİA.AZ”-ın məlumatına görə, yarışın son günündə kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi 100 kq), qadınlarda isə İrina Kindzerska (78+) medal qazanmağa çalışacaq.
Kotsoyev 1/16 finalda Ramazan Dərvişlə (Misir), Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.
Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu medal qazana bilməyib.