ABŞ-ın yetişdirdiyi əfqan kəşfiyyatçılar və əsgərlər “Taliban”la mübarizə aparmaq məqsədilə “İŞİD Xorasan” terror qruplaşmasına qatılırlar.
“QİA.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “Wall Street Journal” qəzeti yazıb.
Nəşrin xəbərinə görə, bu insanların sayı gündən-günə artmaqdadır.
Əfqanıstanın Beynəlxalq Kəşfiyyat İdarəsinin keçmiş rəisi Rəhmətullah Nabil isə bildirib ki, ölkədə “Taliban”dan başqa silahlı ikinci qruplaşma İŞİD-dir.