NRYTN Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini “Azərpoçt” MMC adına açılan saxtasaytlar barədə bir daha xəbərdar edir.
Belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etməkməqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindənbu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxilolaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxilolaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.
Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kiber mühitdə maksimum diqqətli olmağı tövsiyəedir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
Qeyd edək ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı saytayönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının,sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir.
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bubarədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinəməlumat vermələri xahiş olunur.