“Xəstəxanada Naxçıvan uçuşları üçün test götürməkdən imtina edirlər” – Deputatdan etiraz

Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 5 aprel tarixində Naxçıvana uçuşlar üçün sərnişinlərdən COVİD-19 testi götürməkdən imtina edib.

“QİA.az”-ın məlumatına görə, bununla bağlı Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ülviyyə Həmzəyeva öz rəsmi Facebook səhifəsində paylaşım edərək etirazını bildirib.

Qarabağ İnformasiya Agentliyi həmin paylaşımı sizə təqdim edir:

“İnsanların narazıçılığı, boş uçan təyyarələr və Dövlət büdcəsinə dəyən ziyan…..

Təbib iki sutkadan tez randevuları qəbul etmir.
Bir neçə gündür əlində bileti olan sərnişinlərə 6 saylı Məlikov adına xəstəxanada Naxçıvan uçuşları üçün test götürməkdən imtina edirlər və TƏBİB-in yeni qərarı ilə əsaslandırırlar. Bu isə tib personalı ilə vətəndaşların arasında anlaşılmazlığa gətirib çıxarır.
Belə ki, hazırda 5 aprelə bileti olan sərnişinlərə 4 aprel test götürməkdən imtina edilib, sərnişinlərə biletləri ən az 6 aprelə dəyişmələri tələb olunur (əlavə vəsait ödəməklə) və yaxud da vətəndaşdan özəl klinikalarda qiyməti 90AZN olan test vermələri tövsiyyə olunur. Özəl tib müəssisələri testin cavabını 2-3 saat ərzində verə bilirlərsə, TƏBİB nə üçün bu prosesə 2 sutka tələb edir?
İnsanlarda narazıçılıq yaratmaqla yanaşı, hal hazırda Aviakassada 4-5 aprel tarixlərinə, gün ərzində olan bütün uçuşlara bilet olsa da bilet satışı həyata keçirilə bilmir. Son zamanlar AZAL Dövlət Konserninin zərərlə işləməsi barədə bir çox məlumatlar verildiyi bir vaxtda gündə 4 reys təyyarənin yarı dolu uçması dövlət büdcəsinə əlavə zərbədir.
Bu vəziyyətin tezliklə aidiyyəti qurumlar tərəfindən düzgün tənzimlənməsi vacibdir!”

Fəridə Ağaxanlı

QİA.az

Oxşar Xəbərlər