Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var

rəmiş

Həyat yoldaşı Güllü Hüseynova Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti haqda açıqlama verib.

“QİA.AZ” xəbər verir ki, bu haqda AzTV-yə danışan G.Hüseynova musiqiçinin yaxşılaşdığını bildirib. O deyib ki, Rəmişi vaxtında xəstəxanaya yerləşdiriblər:

“Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin”.

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmazlığı, ağciyər problemindən əziyyət çəkir.

QİA.AZ

Oxşar Xəbərlər