Xətai rayonunda yol qəzası olub, xəsarət alan var

Yan17,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QİA.AZ-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1989-cu il təvəllüdlü Ağayevə Vüsalə Vaqif qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyn travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxşar Xəbərlər