“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını daha 3 399 919,84 manat və yaxud 12,3 % azaldaraq 27 601 280,16 manatdan 24 201 360,32 manata endirməyi planlaşdırır.
QİA.az xəbər verir ki, bunun üçün şirkətin dövriyyədə olan 36 472 səhminin nominal dəyərinin 756,78 manatdan 663,56 manata endirilməsi nəzərdə tutulur.Xatırladaq ki, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 2008-ci ildə yaradılıb.
Onun səhmdarları 28 % payla İslam İnkişaf Bankı, 24 % payla İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC, 18 % payla Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, 16 % payla “Al Ahmar Group for Trading, Industrial & General Agencies” və 14 % payla “Saham Holding Company”dir.