Xəzər dənizi ilə “Wall Street” arasında iqtisadi körpü: Azərbaycan bankları yeni imkanlara yol açır

Bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun başçılıq etdiyi ölkə banklarından ibarət nümayəndə heyətinin ABŞ-a tarixi səfəri başa çatıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan Azərbaycan bankçılıq missiyasının ABŞ-yə ilk geniş tərkibdə səfəri əlamətdar olub və bu ikitərəfli maliyyə əməkdaşlığında yeni dövrün başlanğıcı olub.

QİA.az xəbər veri ki, Azərbaycanın nümayəndə heyətinin tərkibində ölkənin 11 aparıcı kommersiya banklarının rəhbərləri iştirak edib. Onlar dörd gün ərzində ABŞ hökumətinin nümayəndələri, maliyyə təşkilatlarının rəhbərləri və maliyyə sahəsində aparıcı ekspertlərlə səmərəli, qarşılıqlı fikir mübadiləsi aparıblar

İqtisadi əlaqələrin genişləndirilməsi

ABŞ Dövlət Departamentində, Xəzinədarlıq Departamentində, Ticarət Xidmətində, Valyuta Nəzarəti İdarəsində və ABŞ-nin digər aparıcı qurumlarında keçirilən görüşlər zamanı nümayəndə heyəti iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsini müzakirə edib. Tərəflər ticarət əlaqələrinin və investisiyaların stimullaşdırılmasında bank sektorunun rolunun vacibliyini qeyd ediblər. Bununla yanaşı, iki ölkənin maliyyə sektorunun tənzimləyici orqanları ilə bankları arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylər barədə razılığa gəliblər.

Təcrübə mübadiləsi və qabaqcıl təcrübələr

Səfər çərçivəsində bankçılıq missiyasının iştirakçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməklə yanaşı, amerikalı həmkarlarının qabaqcıl təcrübələri ilə tanış olmaq imkanı əldə ediblər. Nyu-York Federal Ehtiyatları Bankı, “Bank of Mellon New York” və ABŞ-nin digər aparıcı maliyyə institutlarının nümayəndələri ilə görüşlər onlara informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, risklərin idarə edilməsi, komplayns sahələrinə, eləcə də süni intellektin bank əməliyyatlarında tətbiqinə dair təcrübələr ilə tanış olmaq imkanı yaradıb.

Əməkdaşlıq perspektivləri

Azərbaycan banklarından ibarət nümayəndə heyətinin ABŞ-a səfəri əməkdaşlığın yeni perspektiv istiqamətləri üçün katalizator olacaq. Tərəflər aşağıdakı sahələrdə təmasları genişləndirmək barədə razılığa gəliblər:

Ticarətin maliyyələşdirilməsi:

Azərbaycan şirkətlərinə ABŞ-yə mal və xidmətlərin ixracı üçün maliyyə vəsaitlərinin əldə edilməsi ilə bağlı kömək etmək.

İnvestisiya əməkdaşlığı:

ABŞ investorlarının Azərbaycandakı layihələrdə iştirakının dəstəklənməsi.

Müxbir bankçılığın genişləndirilməsi: Transsərhəd ödənişləri asanlaşdırmaq üçün Azərbaycan və ABŞ bankları arasında əlaqələrin gücləndirilməsi. Səfərdən sonra bəzi Azərbaycan bankları artıq “Bank of Mellon New York”da müxbir hesabın açıldığını elan ediblər ki, bu da öz növbəsində beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, eləcə də beynəlxalq pul köçürmələri xidmətlərinin təşviqinə xidmət etməlidir.

Beləliklə, Azərbaycan nümayəndə heyətinin ABŞ-yə səfəri iki ölkənin maliyyə sektorları arasında münasibətlərdə yeni səhifə açan əlamətdar hadisəyə çevrilib. Əldə olunmuş razılaşmalar Azərbaycan və ABŞ-nin maliyyə sektoru arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Oxşar Xəbərlər