Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.
“QİA.az”ın məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.
Faktla bağlı araşdırma aparılır.