Xəzərdə daha bir zəlzələ oldu

May1,2021

Bu gün Xəzər dənizində daha bir zəlzələ olub.

Bu barədə QİA.AZ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 10:32-də qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3,1, dərinliyi isə 62 km olub.

Qeyd edək ki, bu gün Xəzər dənizində daha iki zəlzələ qeydə alınıb.

Oxşar Xəbərlər