Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Xaçmaz rayonu Xaçmaz bələdiyyəsini məhkəməyə verib.
“QİA.AZ“ın xəbərinə görə, bu barədə İdarə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsi bələdiyyəyə qarşı vergi ödəmələri barədə tələb irəli sürüb.
İddia hakim Xəqani Tağıyevin sədrliyi ilə məhkəmədə araşdırılır.