Xaçmazda evin qarajında avtomobil yanıb

Dek28,2020
Xaçmazda evin qarajında avtomobil yanıb

Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.

QİA.AZ Reporta istinadən bildirib belə ki, rayonda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər