Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Mar25,2021 #Xaçmaz
xaçmaz qəza

Xaçmazda iki avtomobil toqquşub.

“QİA.az” Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Sabiroba kəndində qeydə alınıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmazın Sabiroba kəndində “Mitsubishi” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

QİA.az

Oxşar Xəbərlər