Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var

Apr18,2021 #Qəza #Xaçmaz

Xaçmaz rayonu ərazisinə yol nəqliyyat hadisəsi qeydə alınıb. 

“QİA.az”-ın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib. 

“BNW” markalı avtomaşınla “VAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Oxşar Xəbərlər