Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

Dek 26, 2020
Xaçmazda qanunsuz fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.

QIA.AZ Reporta istinadən bildirib ki, vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

E.Səfiyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər