Xaçmazda yeni fındıq emalı zavodu istismara veriləcək

Apr5,2021

Xaçmaz rayonunun Xudat şəhərində yeni fındıq emalı zavodu istismara veriləcək.

İqtisadiyyat Nazirliyindən “QİA.az”a verilən məlumata görə, ildə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq.

İnvestisiya dəyəri 2,7 mln. manat olan layihəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 mln. manat güzəştli kredit verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər