Xadimə işlədiyi evdən 45 min manat oğurlayıb

Apr21,2021 #oğurluq #Xadimə

Bakıda evdən oğurluq edən qadın tutulub.

Bu barədə “QİA.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 23 000 manat pul və 15 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.

Oxşar Xəbərlər