Xalq artisti Rəmişin səhhəti ilə bağlı son durum açıqlanıb

Xalq artisti Rəmişin səhhəti ilə bağlı son durum açıqlanıb

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

“QİA.AZ” xəbər verir ki, bunu “Report”a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.

O qeyd edib ki, xalq artistinin səhhəti normaldır: “Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, səhhətində problemlər yaranan xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Rəmişin səhhəti nəzarətə götürülüb.

Oxşar Xəbərlər