Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə azalaraq 111,1 min nəfər olub.
“QİA.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkə vətəndaşlarının 45,2 %-i Türkiyəyə, 19,7 %-i Rusiyaya, 9,2 %-i Gürcüstana, 6,9 %-i İrana, 19 %-i digər ölkələrə səfər edib. Gedənlərin 75 %-ni kişilər, 25 %-ni qadınlar təşkil edibr. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiyaya gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,8 dəfə azalıb.
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən ölkə vətəndaşlarının 67,5 %-i hava, 25,8 %-i dəmir yolu və avtomobil, 6,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.