“Cənab Prezidentin maşını Gövhər Ağa məscidindən aşağı sürməsi, soladönərək irəliləməsi sayəsində bəzi yerləri uzun illər sonra görmüş oldum.Orda mənim atamın iş yeri vardı, o yerlər mənə həm də ona görə çox doğmaidi ki, uşaqlığım demək olar ki, orda keçmişdi”.
“QİA.AZ” bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya səfəri ilə bağlı xaricdə yaşayan qarabağlıların təəssüratlarını təqdim edir.
Qubadlıda doğulub-böyüyən, hazırda Fransada yaşayan Mirvari Fətəliyeva:
-Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vəölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağın mədəniyyətpaytaxtı Şuşaya səfərini çöx böyük qürur hissi ilə, həvəslə, sevinclə izlədim vədüşünürəm ki, bütün dünyada yaşayan azərbaycanlılar da eyni hissləri yaşadılar.Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulması, böyükmədəniyyət xadimlərinin güllələnmiş heykəllərinin Şuşaya qaytarılmasıyla onlarınruhunun da buraya qaytarılması, inanın ki, çox sevindirici və qürurverici anlar idi.Mən bütün azərbaycanlıları təbrik edirəm. Biz Azərbaycan tarixinə qızıl hərflərləyazılacaq anları yaşayırıq və fəxrliyəm ki, mənə də bu anları yaşamaq qismət oldu.Xoşbəxtəm ki, doğulub-böyüdüyüm torpaqlara yenidən qayıtmaq, ailəmlə birlikdəqayıtmaq qismətim olacaq. Bunun üçün ordumuza, Ali Baş Komandana dərintəşəkkürümü bildirirəm və yenidən Qarabağda görüşmək ümidilə deyirəm.
Ulu babaları Şuşada yaşayan və İbrahimxəlil xanla çalışan, özü hazırdaKanadada məskunlaşan Yeganə Cəfərova:
-Mən uzaq Kanadadan qələbəmizin hər anını izləmişəm. Qarabağa hər gedənolanda sanki bu səfərlər ürəyimizin çox incə tellərinə toxunur. Mən cənabPrezidentin və Mehriban xanımın Şuşaya səfərlərini əvvəldən axıra qədər izlədimvə elə bildim ki, mənim ayaqlarım o torpaqlara yenidən dəydi, gücümün artdığınıhiss elədim, ümidim artdığını hiss elədim. Bir daha inandım ki, Şuşaya erməni ayağı dəyməyəcək. Mənim ulu babalarım Şuşada olub, İbrahimxəlil xanlaçalışıblar. Prezidentin necə qürurla o torpaqlara getməsi, özü maşın sürərək Şuşayagetməsi böyük bir nümunə idi. Ali Baş Komandanın orada öz əli ilə bayraqqaldırması, tarixi abidələri tək-tək ziyarət etməsi o demək idi ki, Şuşanın bərpasıçox tez bir zamanda olacaq. Cənab Prezident Füzulidən, Xocavənddən keçəndə, oyollar yadıma düşdü. Şuşada büstlər qoyulan yerdə-Mədəniyyət evinin qarşısındakonsertlərdə olmuşam, orada stullar düzülərdi, konsertlərə tamaşa edərdik. Mənorada həyatın əvvəlki kimi canlanacağını hiss elədim. Həm də o gözəl Şuşamızınnecə dağıdılması mənə çox pis təsir elədi. Şuşanın yenidən cənnətə dönməsinisəbirsizliklə gözləyirəm. Çox sevindim ki, Füzulidə beynəlxalq hava limanıtikiləcək. Bu səfər məni Şuşaya bir az da yaxınlaşdırdı. Biz artıq Bakıdan Şuşayadeyil, Füzulidən Şuşaya gedəcəyik.
Şuşada doğulub-böyüyən, hazırda Niderland Krallığında yaşayan Xatirə Sərdarqızı:
-Prezidentin Şuşa səfərini bütün azərbaycanlılar kimi, bütün şuşalılar kimi mən dəhəyəcanla izlədim. Mehriban xanım Əliyevanın instaqram səhifəsini diqqətləizləyirdim ki, Ali Baş Komandanın Şuşaya daxil olduğu anı görə bilim. Cənab Prezidentin Şuşa şəhərinin içində məktəbimizin yanından keçməsini, Mamayı bulağının yanından aşağıya doğru irəliləməsini, mehmanxananın üstündəki yazını oxuduğu anları izlədim. Maşını Gövhər Ağa məscidindən aşağı sürməsi, soladönərək irəliləməsi sayəsində bəzi yerləri uzun illər sonra görmüş oldum. Orada mənim atamın iş yeri vardı, o yerlər mənə həm də ona görə çox doğma idi ki,uşaqlığım demək olar ki, orada keçmişdi. Ermənilərin Şuşanı nə vəziyyətəsaldığını gördükcə, məyus oldum. 30 il ərzində Şuşada heç bir abadlıq işlərigörülməmişdi, məhəllə mədəniyyətimiz tamamilə dağıdılmışdı. Mən Prezidentin hər Şuşa deyəndə səsinin titrədiyini, qəhərləndiyini hiss elədim. Ali Baş Komandanın Şuşadakı o məğrur duruşu, dəmir yumruğunu Cıdır düzündə qaldırması qələbənin nida işarəsi idi. Məni bir də ən çox təsirləndirən Natəvanın,Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş büstlərinin məhz Prezidentimiz sayəsində Şuşaya geri dönməsi idi, bu çox təsirlidir. Həmin heykəllərin yaraları daartıq Şuşada sağalacaq. Şuşa ilk dəfə öz Prezidentini qəbul elədi. Bu inanılmaz birsəfər idi.
Xankəndidə doğulub-böyüyən, hazırda Norveçdə yaşayan Arzu Əliyeva:
-Cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın Şuşaya səfəriniböyük qürur hissi ilə izlədim. Məni ən çox sevindirən işlərdən biri Füzulirayonunda beynəlxalq hava limanın təməlinin qoyulmasıdır. Əlbəttə, xaricdəyaşayan azərbaycanlıların Qarabağa rahat gəlib-getməsi üçün böyük imkanyaranacaq. Ali Baş Komandanın Şuşa səfərində həm də tarixi ədalət yerini tapdı,Natəvanın, Bülbülün, Üzeyir bəyin büstlərinin öz yerinə qaytarılması sevindirici vəqürurvericidir. Mən Xankəndidə yaşayanda Şuşaya hər zaman gedib-gəlmişəm vəbiz o büstləri həmişə orada görmüşdük. 30 il idi ki, onlar öz doğma yerlərindənuzaq düşmüşdülər. Çox sevinirəm ki, dahilərimizin büstləri də vətənə qovuşdu.
Ağdamda doğulub-böyüyən, hazırda Türkiyədə yaşayan Məhsəti Şərif Özyürək:
-Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri elə Şuşazəfərini elan etdiyi gün qədər təsirli idi. Ali Baş Komandanın səhər tezdən, birincivitse-prezident Mehriban xanım Əliyeva ilə Şuşaya yola düşərkən paylaşdıqlarıqısa videoda “İstiqamət Şuşa” deyən zaman gözlərindəki qüruru və sevincigörmək nə gözəl idi. Bu tarixi səfər idi. Qürurla izlədik. Düşmənin yallı getdiyicıdır düzündə çay içib mesaj verdi, yaralanmış büstləri yenidən torpağına apardı vərəsmi açılışını etdi.İnanınbusəfəribirnəfəsəvədəfələrləizlədik.Mən çox qururlandim, 30 il sonra Ali baş Komandan qalıb sərkərdə kimi geridöndüvətorpağınəslsahibininkimolduğunugöstərdi.İnanın xaricdə yaşayanların başı daha uca oldu. “Niyə torpaqlarınızı alabilmirsiniz, torpağınızi necə verə bilərsiniz?” suallarına boynumuzu bükərək izahverməyə çalışmaqdan yorulmuşduq. İndi başımız uca gəzirik. Prezidentin xaricdə yaşayan azərbaycanlıların, eləcə də xarici vətəndaşların Şuşaya gəlməsi üçünFüzulidə tikilən yeni hava limanı barədə danışması, tikintinin təməlini atması biziikiqat sevindirdi və qururlandırdı. Təşəkkürlər Ali Baş Komandanım vəordumuzun igid əsgərləri!