Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirir.
“QİA.AZ” xəbər verir ki, imtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada keçirilir və saat 11:00-da başlanıb.
Namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim edilib:
1. Dinləyib-anlama bloku;
2. Oxuyub-anlama bloku;
3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);
4. Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər – esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər – vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).
İmtahanlar 2 saat 30 dəqiqə müddətində aparılacaq. İmtahanlarda iştirak etmək üçün 1537 namizəd qeydiyyatdan keçib.
Namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim edilir: Dinləyib-anlama bloku; Oxuyub-anlama bloku; Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar); Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər – esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər – vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).
Qeyd edək ki, doktoranturaya qəbul imtahanında iştirak etmək üçün 1 328 nəfər qeydiyyatdan keçib. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı üzrə 209 nəfər, əcnəbilər üçün Azərbaycan dili imtahanı (fevralın 15-də keçiriləcək) üzrə isə 5 nəfər imtahana yazılıb.
DİM-ə müvafiq beynəlxalq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.
İmtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, 152 zal nəzarətçisi ayrılıb.