Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilən Ağdam rayonuna səfəri davam edir.
“QİA.az” xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib
Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, həmçinin İmarət kompleksində ermənilərin törətdiyi dağıntılardan danışıb.