Xarici investorların 34%-i Azərbaycan iqtisadiyyatını sabit hesab edir

Xarici investorlar Azərbaycan iqtisadiyyatının vəziyyəti ilə bağlı rəyini açıqlayıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatında bildirilir

Sənədə əsasən, investorların cəmi 2%-i milli iqtisadiyyatın güclü olması qənaətindədir. Rəyi soruşulanların 39%-i iqtisadi vəziyyəti sabit, 34%-i tənəzzüldə olan kimi qiymətləndirib, 25%-i isə müəyyənləşdirə bilmədiyini qeyd edib.

Respondentlərin 55%-i koronavirus pandemiyasının Azərbaycanda biznesə mənfi təsir etdiyini, 25% -i əhəmiyyətli çatışmazlıqlar yaratdığını, 16%-i bu barədə danışmağın tez olduğunu, 4%-i isə ölkənin yeni iqtisadi imkanlara açıq olduğunu bildirib.

Bundan başqa, xarici investorların 73%-i təşviq proqramlarına, 70%-i məhkəmə sisteminə, 67%-i isə vergi sisteminə sərmayə yatırmağın əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, hesabat üçün 32 ölkədə fəaliyyət göstərən 450 şirkətə biznes sorğu göndərilib. Onların 27 %-i Almaniya, 11 %-i Böyük Britaniya, 4 %-i Türkiyə, 7 %-i ABŞ, qalan 51 %-i isə digər ölkələri təmsil edib. Sorğu iştirakçılarının 63 %-ni isə Azərbaycanda biznes fəaliyyəti olan şirkətlər təşkil edib.

Oxşar Xəbərlər