Xarici jurnalistlər Cəbrayıl rayonunda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqda olublar

İyl 22, 2021

Cənubi Amerikadan olan jurnalistlər qrupu erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda olublar.

QİA.AZ” xəbər verir ki,Meksika, Kolumbiya, Braziliya və Argentinanın aparıcı nəşrlərinin və telekanallarının nümayəndələri minalardan təmizləmə prosesinin gedişatı ilə tanış olublar, Cəbrayıl rayonundakı dağıntıları öz gözləri ilə görüblər.

Onlar həmçinin, ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqda olublar. Qəbiristanlıq faktiki olaraq yerlə-yeksan edilib. Demək olar ki, bütün qəbirüstü daşlar dağıdılıb, qəbirlər qazılıb.

Yaxınlıqdakı bütün ərazilərə minalar yerləşdirildiyindən təhlükəsizlik məqsədilə yalnız xüsusi ayrılmış cığırla hərəkət etməyə icazə verilir.

Oxşar Xəbərlər