“Xiaomi” 2024-cü ildən etibarən elektromobillərin kütləvi istehsalına başlayacaq

Okt19,2021

“Xiaomi” şirkəti 2024-cü ilin birinci rübündən etibarən elektromobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkət rəhbərliyinin investorlarla görüşü zamanı bildirilib.

“Xiaomi” şirkətinin Baş direktoru Ley Szyunun sözlərinə görə, elektrokarın təqdimatı daha tez keçiriləcək.

“Xiaomi” elektromobilləri smartfon cihazlarından tutmuş ağıllı evlərədək müxtəlif hissələri olan vahid ekosistemin bir parçası etmək niyyətindədir.

Elektrokarın hazırlanması üçün artıq Pekin yaxınlığında 453 mütəxəssisin çalışdığı elmi-tədqiqat mərkəzi yaradılıb. Maşınların istehsalı isə digər zavodlarda həyata keçiriləcək.

Oxşar Xəbərlər