“Xiaomi” ucuz “Redmi Note 10” kamerofonunun təqdimat tarixini açıqlayıb

Yeni nəsil “Redmi Note” smartfonlarının təqdimatı martın 10-da olacaq.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Xiaomi India”nın idarəçi direktoru və qlobal vitse-prezidenti Manu Kumar Cayn tvitterdə bildirib.

Mövcud smartfonlar xəttində üç yeni model gözlənilir: “Redmi Note 10 4G”, “Redmi Note 10 Pro 4G” və “Redmi Note 10 Pro 5G”. Çox güman, top versiya 2020-ci ilin sonunda təqdim olunan Çinin “Redmi Note 9 Pro 5G”sini təkrarlayacaq. Bu model beşinci nəsil mobil şəbəkələrdə işləməyi dəstəkləməklə yanaşı, 108 meqapikselli əsas kamera ilə seçilir.

“Redmi Note 10 Pro”nun 120Hz tezlikdə görüntüləri yeniləyə bilən IPS ekranlı olacağı ehtimal olunur. Maksimum versiya 8 GB operativ yaddaş və 128 GB fleş yaddaşa malik olacaq.

Oxşar Xəbərlər