Xidmət rəisi: Güclü küləklər əsasən Bakı və Abşeronda, Xəzər dənizinin Azərbaycan hissəsində müşahidə olunur

May8,2024

Ölkə ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər və qasırğalar hesab olunur.

QİA.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.O qeyd edib ki, belə güclü küləklər əsasən Bakı və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycana aid hissəsində müşahidə olunur.”Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 m/saniyəyə çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı, insan tələfatına da səbəb olub”, – Xidmət rəisi vurğulayıb.

Oxşar Xəbərlər