XİN başçısı: “Gürcüstan bölgədə dayanıqlı sülhə ümid edir”

Noy 11, 2020
XİN başçısı: “Gürcüstan bölgədə dayanıqlı sülhə ümid edir”

“Biz bir daha ümidvarlığımızı ifadə edirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması bölgədə dayanıqlı sülhün bərqərar olmasına kömək edəcək”.

“QİA.AZ”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan münaqişə tərəfləri arasında dialoqu mümkün qədər təşviq etmək üçün hazırlığını bir daha ifadə edib:

“Gürcüstan bölgədəki sabitlik və uzunmüddətli sülh üçün əhəmiyyətli bir amil olacaq bu istiqamətdə beynəlxalq ictimaiyyətin iştirakını və aktorların aktivləşdirilməsini alqışlayır”.

Oxşar Xəbərlər