“Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında yaxşı əməkdaşlıq təcrübəsi mövcuddur”.
“QİA.az” xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.Nazir bildirib ki, bu formatda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi layihələri reallaşdırılıb: “Cənub Qaz Dəhlizi ən uğurlu və strateji əhəmiyyətli layihələrdən biridir. Bu cür layihələrlə biz bölgənin cəlbediciliyini artırmalıyıq. Bu layihələr Gürcüstan-Azərbaycan-Ermənistan üçtərəfli formatında eyni uğurlu layihələrin reallaşdırılması üçün zəmindir”.XİN baçısı qeyd edib ki, Türkiyə Tbilisinin Cənubi Qafqazın üç ölkəsi arasında dialoq üçün platforma kimi təqdim edilməsi təşəbbüsünü dəstəkləyir: “Bu, olduqca vacibdir və hesab edirəm ki, Türkiyənin dəstəyi bu platformanı daha da effektiv edəcək”.