Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb

Dek5,2021

İşğaldan azad olunan ərazilərdə daha bir erməni hərbçisinin cəsədi tapılıb.

Bunu QİA.AZ-a açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfinin birgə axtarış qrupu müharibədən qalan 1 erməni əsgərinin cəsədini Xocavənddə aşkarlayıb. Cəsəd ermənilərə təhvil verilib.

Oxşar Xəbərlər