İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.
Daxil İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan “QİA.az”a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaratan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.