Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən QİA.AZ-a verilən məlumata görə, FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.