Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı parlament binasının Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər.
“QİA” AZƏRTAC-a istinadla Ermənistan silahlı qüvvələrinin və separatçıların 30 ilə yaxın işğalda saxladıqları ərazilərdəki izlərinin aradan qaldırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən atılan addımların bir hissəsini oxuculara fotolarla təqdim edir.