Ərzurum (Türkiyə) və Şuşa şəhərlərinin 2025-2026-cı illər üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtları seçilməsi turizm sahəsində regional əməkdaşlığın inkişafına töhfə verəcək.
QİA.az xəbər verir ki, bunu Bakıda İƏT-in Baş katibi Xusrav Noziri jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, turizm sahəsində əməkdaşlıq fonunda hər il İƏT-in turizm paytaxtlarının elan edilməsi ilə bağlı yeni təşəbbüsü var: “Bu il Özbəkistanın Şəhrisəbz şəhəri bu adı daşıyır, lakin 2025-ci və 2026-cı illərdə müvafiq olaraq Türkiyədən Ərzurum və Azərbaycandan Şuşa şəhərləri İƏT regionunun rəsmi turizm paytaxtı statusunu alacaqlar. 2026-cı il turizm sahəsində regional əməkdaşlığın inkişafına daha da töhfə verəcək”.