Elm və Təhsil

XV Bakı Yay Enerji Məktəbinə start verilib

Movavi

Bu gün ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin SOCAR və “BP Azerbaijan” ilə əməkdaşlıq çərçivəsində birgə təşkil etdiyi 15-ci Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi olub.

ADA-dan QİA.AZ”a verilən məlumata görə, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekoloji məsələlərin araşdırılması və daha yaxşı anlaşılması üçün dünyanın tanınmış alim, siyasətçi və mütəxəssislərini bir araya gətirən ənənəvi olaraq keçirilən iki həftəlik sertifikat proqramıdır.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq builki proqram 5-10 iyul 2021-ci il tarixlərində onlayn formatda həyata keçiriləcək. Cari ildə Bakı Yay Enerji Məktəbinə 15 ölkədən 43 iştirakçı seçilib. Proqramda enerji şirkətlərinin kiçik və orta mütəxəssisləri, müxtəlif dövlət qurumlarının səfirliklərin və beynəlxalq təşkilatların siyasətçi və dövlət qulluqçuları, həmçinin enerji və ətraf mühit məsələlərini araşdıran alim, jurnalist və aspirantlar iştirak edirlər.

Proqram enerji və ətraf mühitin öyrənilməsində balanslı yanaşma əsasında həyata keçirilir. Bakı Yay Enerji Məktəbinin müəllim və məruzəçiləri akademiya, dövlət və özəl sektorların aparıcı milli və beynəlxalq ekspertləridir.

Proqram sonunda iştirakçılara ADA Universitetinin rektoru və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən imzalanmış sertifikatlar təqdim olunacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button