Yanğın Braziliya paytaxtında meşələrin 20 faizini məhv edib

Çərşənbə günü yanğınsöndürənlər iki gün davam edən və Braziliya paytaxtını buludlarla bürüyərək şəhərdə meşənin 20 faizini məhv edən böyük yanğının miqyasını azaltmağa nail olublar.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmi şəxslər yanğının səbəbinin qəsdən yandırma olduğunu ehtimal edirlər.

Braziliya Milli Meşə Zonası şəhərdə içməli su ehtiyatının 70 faizinin mənbəyi olan bulaqları qoruyan meşə massivlərinin 5600 hektar ərazini əhatə edən qorunan ərazidir.

Yanğın quraqlıq mövsümünün ən qızğın vaxtında, bitki örtüyünün quruduğu, yüksək temperaturun alovun sürətlə yayılmasına imkan verdiyi bir vaxtda baş verib.

Bunun ekoloji cinayət olduğunda əmin olan meşə təsərrüfatı müdiri Fabio duş Santuş yanğının başladığı ərazidə üç şübhəli yandırıcının görüldüyünü söyləyib.

Yanğınsöndürənlər çətinliklə meşə yanğınını lokallaşdırıb və onun qonşu ərazilərə keçməsinin qarşısını ala biliblər.

2022-ci ildə ekoloji nəzarəti yumşaldaraq Amazon tropik meşələrində ağacların qırılmasına yol verən ifrat sağçı keçmiş Prezident Jair Bolsonaro hökuməti tərəfindən şəhərin inkişafı üçün yer ayırmaq məqsədilə meşə ərazisinin təxminən yarısı təmizlənib.

Hökumətin məlumatına görə, Amazonda rekord quraqlıq tropik meşə yanğınlarının avqust ayında 2010-cu ildən bəri ən yüksək səviyyəyə yüksəlməsinə səbəb olub.

Keçən il yağışlar gec yağıb və iqlim dəyişikliyi ilə güclənən El-Ninyo hava fenomeni səbəbindən daha seyrək olub. Nəticədə tropik meşələri builki yanğınlara qarşı xüsusən həssasdır.

Oxşar Xəbərlər