Yanvar ayında ölkə üzrə elektrik enerjisi istehsalı artıb

2021-ci ilin yanvar ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, yanvar ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2369,0 mln. kVt·st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında respublika üzrə elektrik enerjisinin istehsalı 21,2 mln. kVt·st artıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 7,1 mln. kVt·st artaraq 2260,0 mln. kVt·st, SES-lərdə 13,6 mln. kVt·st artaraq 78,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,6 mln. kVt·st artaraq 30,19 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 9,39 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 2,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2021-ci ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2142,76 mln. kVt·ts (İES-lərdə 2071,3 mln. kVt·st, SES-lərdə 71,46 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt·st (İES-lərdə 22,0 mln. kVt·st, SES-lərdə 6,5 mln. kVt·st, Günəş ES-də 1,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,87 mln. kVt·st, Müstəqil Elektrik Stansiyaları üzrə isə 189,0 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin idxalı 11,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mln. kVt·st artıb. İrandan 3,3 mln. kVt·st, Rusiyadan 7,7 mln. kVt·st, Gürcüstandan isə 0,004 mln. kVt·st elektrik enerjisi idxal edilib.

 Hesabat dövründə elektrik enerjisinin ixracı 175,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 61,6 mln. kVt·st artıb. İrana 3,4 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 7,2 mln. kVt·st, Gürcüstana isə 151,8 mln. kVt·st elektrik enerjisi ixrac edilib.

Oxşar Xəbərlər