Yaponiyanın mərkəzindəki Yamanasi prefekturasında ABŞ hərbi dəniz piyadalarının təlimi zamanı poliqonda yanğın baş verib.
“QİA.AZ”-ın məlumatına görə, yanğının qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub.
Qeyd olunur ki, yanğına top atışları zamanı quru otun yanması səbəb olub. Bundan əvvəl, fevralın 4-də və 6-da da poliqonda yanğınlar qeydə alınmışdı.