Yaponiyanın səhiyyə, əmək və rifah nazirliyi ilk dəfə olaraq yeni növ koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammına yoluxma ocağının aşkar edildiyini açıqlayıb.
“QİA.AZ” “Nikkei” qəzetinə istinadən bildirir ki, söhbət Şərqi Saitama əyalətində yoluxmuş üç şəxsdən gedir.
Belə ki, onlar iş yerində əvvəllər “Britaniya” ştammına yoluxmuş şəxslə ünsiyyətdə olublar.
Hazırda virusa yoluxanlar tibb işçilərinin nəzarəti altındadır. Qəzet vurğulayır ki, ümumilikdə, Yaponiyada 64 nəfərdə koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammı aşkarlanıb.