Yaponiyada çinli qadın 36 saat açıq okeanda qalıb

Yaponiya çimərliyində 21 yaşlı çinli qadın dalğalar tərəfindən dənizə sürüklənib və 36 saat açıq okeanda qalıb.

QİA.az Kyodo agentliyinə istinadla xəbər verir ki, Çin vətəndaşı olan qadın dostları ilə birlikdə Tokionun cənub-qərbindəki İzu yarımadasının çimərliyinə gedib. O, üzgüçülük halqasında suya girib və bir qədər sonra gözdən itib.

Hadisə zamanı dalğaların hündürlüyü üç metrə çatırdı. İtkin düşən qızın dostları onun yoxa çıxması barədə polisə xəbər veriblər.

Çinli qadın İzu çimərliyindən 80 kilometr aralıda yaxınlıqdan keçən yapon tankeri tərəfindən təsadüfən aşkarlanıb. Daha sonra sahil mühafizə helikopteri onu Yokohamadakı xəstəxanaya çatdırıb. Qızda susuzlaşma simptomları müşahidə olunsa da, onu xəstəxanaya yerləşdirmək lazım gəlməyib.

Oxşar Xəbərlər