Yaponiya hakimiyyəti kənd yerlərində boş qalmış evləri tutmaq istəyən vətəndaşları axtarır. Sayı 8 milyona çatan bu cür mülklər 500 ABŞ dollarından başlayan qiymətlərlə satışa çıxarılıb.
“QİA.az” Rusiya mətbuatına istinadən məlumat verir ki, bu barədə “Insider” xəbər yayıb.
Mənbə iddia edir ki, bəzi evlər ümumiyyətlə pulsuz bağışlanır.
Vətəndaşların ölkənin bir sıra regionlarındakı boş qalmış evlərə marağını stimullaşdırmaq üçün hakimiyyət həmin evlərin təmiri üçün subsidiyalar da ayırıb. Rəsmi məlumatlara görə, ölkə üzrə boş evlərin sayı 2013-cü ildən bu yana 3,2% artaraq, 8,49 milyona çatıb. Evlərin boş qalmasına səbəb kimi ev sahiblərinin vəfat etməsi və ya başqa evə köçməsi göstərilir.
Vakayama, Tokusima, Kaqosima və Koçi prefekturalarında bu cür evlərin payı ümumi ev sayının 18 %-dən çoxdur. Bəzi regionlarda boş evlərin siyahılarının əks olunduğu xüsusi saytlar yaradılır. Bu cür evlər dəyər-dəyməzə satışa çıxarılır.